Akif Çovdarovun məhkəməsi təxirə salındı- YENİLƏNİB


Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesin A. Çovdarovun vəkilləri gəlmədiyi üçün yanvarın 11-nə təxirə salınmasına qərar verilib.

***

Tağı Əhmədovun ifadə verəcəyi gözlənilir.

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarovun vəkilləri - Kamandar Nəsibov, Sadiq Rəsulov və Şahin Rəfiyevin məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri məhkəmədə iştirak etmədiyi üçün iclas təxirə salınıb.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Günün ikinci yarısında keçiriləcək iclasda isə Bakı Metropolteninin keçmiş rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun ifadə verəcəyi gözlənilir.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu