Soyuq günlərdə 1800 nəfər təcili yardıma müraciət edib




Son 3 gün ərzində ölkədə müşahidə edilən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar təcili tibbi yardıma müraciətlərin sayı artmayıb.

Bu barədə AzVision.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. Baş həkim qeyd edib ki, bu günlərdə təcili tibbi yardıma 1800-ə yaxın müraciət daxil olub.

“Adi vaxtlarda çağırışların sayı 2000-dən çox olur. Amma bu günlərdə çağırışların sayı azalıb. Yalnız hava şəraiti ilə əlaqədar 2 müraciət daxil olub. Bir qadın və bir kişi aşağı ətrafların travması ilə Travmatologiya İnstitutuna yerləşdirilib”.

Qeyd edək ki, yanvar ayının sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu