"Azəravtoyol" problemli yolları nəzarətə götürdü




Qarlı, şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib.

Virtualaz.org qurumun mətbuat xidmətinə istinadən bildirir ki, Bakıda və ölkə ərazisində problemli yollar nəzarətə götürülüb: "Hər hansı problem olarsa, texnika və canlı qüvvə həmin ərazilərə cəlb olunacaq. Hazırda Bakıda və ölkə ərazisindəki bütün avtomobil yollarında avtomobillərin hərəkəti üçün problem yoxdur".

Qurumdan tövsiyə ediblər ki, tədbirlər görülməsinə baxmayaraq, sürücülər nasaz avtomobillərlə yollara çıxmasınlar: "Təcrübəsiz və hazırlıqsız sürücülər yollara çıxmasınlar. Həmin avtomobillər və sürücülərə görə, digər hərəkət iştirakçıları da əziyyət çəkir, yollarda tıxaclar yaranır. Həmçinin, həmin sürücülərə görə, texnikalarımız problem müşahidə olunan ərazilərə vaxtında çata bilmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu