Baş redaktor Mehriban Əliyevaya təşəkkür etdi




Xalq.az saytının baş redaktor Zaur Mirzə-zadə ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

AFN-ə danışan baş redaktorun sözlərinə görə, təcili ürək əməliyyatına ehtiyacı olan anası Esmira Mirzəyevanın müalicə və əməliyyat xərclərini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Ürək xəstəliyindən əziyyət çəkən və təcili ürək-damar əməliyyatına ehtiyacı olan anamla bağlı Mehriban xanım Əliyevaya müraciət etdik. Qısa müddət ərzində müraciətimizə cavab verildi və Mərkəzi Neftçilər Xəstəxanasında Tibb üzrə Elmlər Doktoru Rəşad Mahmudov uğurlu cərrahiyyə əməliyyatı keçirdi. Ailəmiz adından Mehriban xanım Əliyevaya dərin təşəkkür edirəm! Ölkə başçımız cənab İlham Əliyev hər bir azərbaycanlının prezidentidir. Tanrı Sizin ailənizi qorusun!"

Baş redaktor Mehriban Əliyevaya təşəkkür etdi




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu