Fransanın sabiq prezidenti məhkəmə qarşısında



Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2012-ci ildə öz seçki kapmaniyasını qanunsuz şəkildə maliyyələşdirdiyinə görə məhkəmə qarşısında cavab verəcək.

Trend-in verdiyi xəbərə görə, istintaq Sarkozinin "Milli Hərəkat" partiyasının sənədləri saxtalaşdıraraq seçki kampaniyası zamanı icazə verilən məbləğdən 18 milyon avro artıq xərcləməsindən şübhələnir.

Keçmiş prezident isə bu barədə xəbərsiz olduğunu deyib. Sarkozidən əlavə, saxtalaşdırmada daha 13 nəfərin iştirak etdiyi bildirilir.

Xatırladaq ki, 2012-ci ildə Nikolya Sarkozi prezident seçkilərini Fransua Ollanda uduzub, 2016-cı ildə o, seçkilərdə yenidən iştirak etsə də, bir daha məğlub olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu