“Araz”ın ilk ekspress filialı açıldı



16 Fevral 2017-ci il tarixində “Araz” supermarketlər şəbəkəsinin ilk ekspress filialı açılıb.

“Araz Express” adlanan filial, Qara Qarayev metrosu yaxınlığında, əvvəlki “Çinarə” marketin yerində fəaliyyətə başlayıb.

“Araz” supermarketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev bildirdi ki, Ekspress market formatında məhsul çeşidi az olur:

“Bu tip marketlərdə yanlız gündəlik təlabat malları və hazır qidalar üstünlük təşkil edir. Kassalar ekspress olduğuna görə müştəriləri daha tez yola salmaq mümkündür. "Araz" supermarketlər şəbəkəsinin bu filialında hazır qidaların daha çox üstünlük təşkil etməsi planlaşdırılır”.

“Araz Express” marketinin açılışı ilə “Araz" supermarketlər şəbkəsinə daxil olan mağazaların sayı 53-ə çatıb. (marja)














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu