Azərbaycanda "Jumeirah"ya kim sahib çıxdı?



“Bilgah Beach Hotel”ə kimin sahiblik edəcəyi məlum olub.

Hotelin idarəetməsi “Absheron Hotel Group” şirkətinə verilib. Hotel aprel ayında işə düşəcək.

Xatırladaq ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən “Bilgah Beach Hotel” Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir.

Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir. Hotel 2016-cı ilədək “Jumeirah” brendi altında fəaliyyət göstərib.

Qeyd edək ki, hotel “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv hotel və kurortların cəmləndiyi “Autograph Collection”ın rəsmi üzvü olacaq. Bu, qrupun Azərbaycanda istifadəyə verdiyi beşinci hotelidir. (fins.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu