Ruslan Quliyev Qlobal Sağlamlıq Turizmi Təşkilatının vitse-prezidenti seçilib



Fevralın 25-27-də İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində Kral II Abdulla ibn Huseynin himayəsi ilə "Global Healthcare Travel Forum" (Qlobal Sağlıq Turizmi Forumu) zirvəsi keçirilib. Forumda 60-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev təmsil edib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Konseyi başkanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti İordaniya Özəl Xəstəxanalar Assosiasiyasının sədri Dr. Feyzi Al-Hammoridir.

Zirvə toplantısının açılış mərasimində İordaniya Haşimilər Krallığının baş naziri , zati-aliləri Hani Al-Mulki, İordaniya Haşimilər Krallığının şahzadələri Xanım Ghida Talal vəDina Mired, səhiyyə naziri cənab Mahmud Al-Şeyyab və turizm naziri Xanım Lina Mazhar Annab iştirak edib. Açılışdan sonra forum iki gün boyunca stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib. "Global Healthcare Travel Concil" stendində təmsil olunan AHTTSA sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaalti, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verib, qonaqlara turizm potensialını əks etdirən cap və elektron reklam-təbliğat materialları paylanıb. İordaniya Haşimilər Krallığının baş naziri, zati-aliləri Hani Al-Mulki, İordaniya Haşimilər Krallığının şahzadələri Xanım Ghida Talal və Dina Mired stendi ziyarət ediblər. Ümumilikdə 7 panel görüşməsi təşkil olunub. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, leqallaşma, tənzimləmə və akreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi turizm, dental turizm, spa və velnes turizmi, kulinariya turizmi, idman turizmi, 3-cü yaş qrupu turizminin xususi maraq kəsb etdiyi vurğulanıb və yeni tendensiyaların şaxəli inkişafı hədəf kimi qəbul olunub. Forum çərçivəsində Türkiyə heyəti ilə birgə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fəaliyyət göstərən səfirliyinə gedilərək, Xocalı soyqırımı günü anılıb,səfirlik tərəfindən təşkil olunan foto stend ziyarət edilib.

Forumun son günü fevralın 27-də "Global Healthcare Travel Concil"in (GHTC) Baş Assambleyasının qapalı toplantısı və idarə heyətinə seçkilər keçirilib. Türkiyə Sağlıq Turizmi Konseyinin təşəbbüsu və dəstəyi ilə Azərbaycan Sağlamlıq və

Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Qlobal Sağlamlıq Turizmi Təşkilatının vitse-prezidenti seçilib və iştirakçılara Azərbaycan haqqında geniş məlumat verilib. Təşkilatın yeni prezidenti Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Medical Tourism Council"in sədri xanım Leyla Marzouqi olub.

Sonda “Qlobal sağlıq turizmi Amman" deklarasiyası qəbul olunub.

Fəxriyyə Abdullayeva












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu