Binəqədi gəncləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar


Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup gəncin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya çərçivəsində həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “I Avropa oyunları Azərbaycanın tanıtımı və Multikulturalizm siyasəti kontekstində” mövzusunda tədbir təşkil olunub.

AFN.az xəbər verir ki, tədbirdən öncə qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması, fəaliyyəti və iş prinsipləri barəsində ətraflı məlumat verilib. Bildrilib ki, Mərkəz 15 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı əsasında təsis edilib, Prezident İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Mərkəzin Himayəçilik Şurasının üzvləri təyin edilib və Prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Mehdi oğlu Abdullayev Himayəçilik Şurasının sədri seçilib.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəznin icraçı direktoru, professor Azad Məmmədov Mərkəzin yaranması və fəaliyyət istiqamətləri haqqında danışıb.
Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli və Mərkəzin layihələr şöbəsinin müdiri Hikmət Babayev görülmüş işlər və qarşıda duran perspektivlər haqda məlumat veriblər. Natiqlər multikultural təhlükəszilik, yerli və xarici universitetlərdə multikulturalizm fənninin tədrisi, Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti haqda ətraflı məlumat veriblər. Qeyd olunub ki, hazırda Çexiya, İtaliya, Bolqarıstan, Rusiya, Belorusiya, Gürcüstan və Litvada ali təhsil müəssisələrdində Azərbaycan multikulturalizmi fənni tədris olunur.
Daha sonra tədbirdə çıxış edən Binəqədi rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova tədbirin təşkilində göstərdikləri dəstəyə görə Mərkəzin rəhbərliyinə Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təşəkkürünü və salamlarını çatdırıb. O Binəqədi rayonunda gənclərin davamlı inkişafı istiqamətində müxtəlif maarifləndirici layihələrin və görüşlərin keçirildiyini, ekskursiyaların reallaşdırıldığını qeyd edib. Bildirilib ki, Binəqədi rayonunda milli - etnik və dini azlıqların nümayəndələrinə daim diqqət göstərilir və bu artıq ənənə halını alıb.
Sonra Mərkəzin nümayəndələri tərəfindən müxtəlif ali təhsil müəssisələrindən olan Binəqədi rayon gənclərinin sualları cavablandırılıb.
Tədbirin sonunda Binəqədi rayon İcra hakimiyyəti tərəfindən Bakı Multikulturalizm Mərkəzinə xatirə hədiyyəsi təqdim oluub, xatirə şəkili çəkdirilib.

[medium]http://afn.az/uploads/posts/2015-04/1428576258_al3.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-04/1428576262_al4.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu