Məhsulların çox ucuz qiymətə satıldığı yeni mağaza- “A Topdan”




Daima müştəri məmnuniyyətinə önəm verən, istehlakçılara təzə və keyfiyyətli məhsullar təqdim edən Araz Supermarketlər Şəbəkəsi daha bir yeniliklə öz müştərilərini sevindirib.



Bu dəfə Araz Supermaketlər Şəbəkəsi öz yeni filialını “A Topdan” adı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə ticarət mərkəzində istifadəyə verib. Açılan mağazada məhsullar ucuz qiymətə əsasən topdan, qismən də pərakəndə şəklində satılır.

“A topdan” adı ilə fəaliyyət göstərən filiada Araz Supermarketlər Şəbəkəsinin xaricdən idxal etdiyi brendlərlə yanaşı, ölkəmizdə istehsal olunan və şəbəkəyə məxsus şəxsi markalar (PL məhsullar) satılır. Bundan başqa bu filialda yerli bazarda olan brendlər də satışdadır və daha ucuz-topdan qiymətinə təklif olunur.

Qeyd edək ki, fəaliyyətə başlayan yeni filial Lökbatan dairəsi, Binə ticarət mərkəzinin düz girişində yerəşir.

2011-ci ildənfəaliyyət göstərən Araz Supermarketlər Şəbəkəsi “Siz harada, Araz orada” sloqanı ilə daima müştəri məmnuniyyətinə önəm verir və istehlakçılara təzə və keyfiyyətli məhsullar təqdim edir. (marja)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu