Hesablama Palatası XİN-in fəaliyyətində nöqsanlar aşkarladı




Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətində nöqsanlar aşkarlayıb.



Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda açıqlanıb.

Bildirilir ki, hesabat ilində aparılmış auditin nəticəsinə görə, Xarici İşlər Nazirliyində 21 fakt üzrə nöqsan aşkarlanıb. Bunlardan 6-sı (43,0 %) büdcə qanunvericiliyinin tələbləri, 8-i (16,2 %) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələbləri, 2-si (31,4 %) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələbləri, 5-i (9,4 %) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı nöqsanlardır.

Palata tərəfindən görülən tədbirlər nəticəsində Xarici İşlər Nazirliyində qeyd olunan nöqsanlarla bağlı maliyyə pozuntusu zamanı yol verilmiş məbləğin 44 207,3 manat bərpa edilib.

Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu