Təcili Tibbi Yardımın zirzəmisində yanmış meyit tapıldı-Bakıda


Bakıda Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanmış meyit aşkarlanıb.

AFN Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 23-də saat 09 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanğın baş verib. Nəticədə 1,5 kvm sahədə olan əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada daimi yaşayış yeri olmayan Arif Rəhimovun yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu