Ankarada İŞİD əməliyyatı: Azərbaycanlı tutuldu, iki terrorçu öldürüldü




Türkiyənin paytaxtı Ankarada anti-terror əməliyyatı keçirilib.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı Ankarada terror aktı planlaşdıran 2 İŞİD-çi zərərsizləşdirilib.

Ankara valisi Ercan Topaca əməliyyatın İstanbulda saxlanılan Azərbaycan əsilli İŞİD terrorçusunun ifadəsi əsasında həyata keçirildiyini deyib.

“İstanbulda təqib edilən Azərbaycan əsilli şəxsin İŞİD üzvü olduğu üzə çıxıb. Onun avtomobil kirayələyərək Ankaraya 2 nəfər gətirdiyi şübhə yaradıb. Həmin şəxs saxlanılarkən İŞİD-çi olduğunu, iki nəfəri terrora aktı törətmək üçün Ankaraya gətirdiyini etiraf edib. Onun ifadəsindən sonra Ankarada əməliyyat keçirildi, hər iki terrorçu öldürüldü”.

Vali öldürülən terrorçuların kimliyi haqda dəqiq məlumata malik olmadıqlarını, bu istiqamətdə araşdırma aparıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu