Qənirə Paşayeva Səhiyyə Komitəsində çağırış edib





Millət vəkili Q. Paşayeva bu gün MM-in Səhiyyə Komitəsinin iclasında antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunması təkilifi ilə çıxış edib və bu məsələnin təcili şəkildə öz həllini tapmasının vacib səbəblərini xüsusi vurğulayıb.



Dünyanın bir çox inkişaf etmiş ölkələrində antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunduğunu deyən millət vəkili Q. Paşayeva antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsinin törətdiyi dəhşətli fəsadlar və onların ölkəmizdə getdikcə daha da artmasını xüsusi vurğulayıb. Əhalinin bu məsələ ilə bağlı geniş marifləndirilməsinə böyük ehtiyac olduğunu xüsusi vurğulayan millət vəkili Q. Paşayeva əhaliyə və apteklərə çağırış edib:” Bəzi insanlar özü və ya ailə üzvləri, uşaqları bir az soyuqlayan kimi, qızdırması olan kimi apteklərə gedib tez sağalmaq üçün antibiotik alırlar. Bəziləri qonum-qonşusunun tövsiyyəsi ilə yaxşı təsir edir filan antibiotiki ver deyib alır və ona lazım olub-olmadığının, dozasının fərqində olmadan istifadə edir. Bölgələrdə bir sıra aptek işçiləri və ya ali tibb təhsili olmayan orta tibb işçiləri də belə məsləhətlərdə təəssüf ki çox fəal olurlar. Aptekə gedib görəsən tez sağalmaq üçün nə daha təsirli hansı dərmanı alsam yaxşı olar deyəndə böyük həvəslə antibiotik məsləhət görən aptek əməkdaşları da az deyil. Antibiotikdən bu cür istifadənin ağır nəticələrini isə bir az sonra həmin insan ya özü, ya da ailə üzvləri çəkir. Bir neçə eşitməsində ciddi problem yaşayan uşaqların ailə üzvləri ilə danışanda bəziləri ağlayaraq öz əlimizlə uşağımıza zərər vurmuşuq antibiotikin doğru istifadə edilməməsinin nələrə səbəb olduğunu bilmirdik deyirlər. Amma təəssüf ki ağır fəsadı aradan qaldırmaq sonra çox gec olur. Ona görə insanlarımızı qorumaq üçün antibiotiklərin həkim resepti olmadan satılması qadağan edilməlidir və mən xahiş edirəm ki, Səhiyyə Komitəsi bu məsələyə böyük diqqət ayırsın. Ayrıca mətbuat və media ilə əhalinin bu istiqamətdə geniş marrifləndirilməsi üçün KİV-lər və müvafiq qurumlarla bilikdə işləri daha da artırmalıyıq." Dünyanın inkişaf etmiş ölkələrində bu istiqamətdə görülən işlər, mütəxəssislərin fikirləri barədə danışan millət vəkili Q.Paşayevanın bu təklifini millət vəkili həmkarları və komitə sədri, akademik Əhliman Əmiraslanov da dəstəkləyib. O bildirib ki," antibiotiklərdən doğru istifadə edilməməsi böyük faciələrə yol açır və bir sıra dünya ölkələri bununla bağlı ciddi nəzarət mexanizmlərini həyata keçirir. Ölkəmizdə də həkim resepti olmadan antibiotiklərin satılmaması doğru yanaşmadır və komitə olaraq bu məsələni diqqətdə saxlayacağıq."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu