İsveçrənin qızıl şirkətinin nümayəndəsi Azərbaycandadır




“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşlıq etdiyi dünyanın ən iri affinaj şirkətlərindən biri olan İsveçrənin nüfuzlu “Argor-Heraeus” şirkətinin nümayəndəsi Feydon Stamatopulos Cəmiyyəti ziyarət etmək məqsədi ilə Azərbaycana səfərə gəlib.

QSC-dən AFN-ə verilən məlumata görə, 31 may – 2 iyun tarixlərində Azərbaycanda səfərdə olan şirkət nümayəndəsi Cəmiyyətin Daşkəsəndə yerləşən Çovdar filiz emalı sahəsinə baş çəkib, mədənin iş quruluşu, fəaliyyət prinsipləri ilə yerində tanış olub. Feydon Stamatopulos Çovdarda qurulmuş işin beynəlxalq standartlara cavab verdiyini bildirərək “AzerGold”un fəaliyyətini yüksək qiymətləndirib.

Sonra “AzerGold” QSC-nin Bakıda yerləşən baş ofisində Cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimovla “Argor-Heraeus” nümayəndəsi arasında görüş keçirilib. Tərəflər arasında məhsuldar müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, yeni layihələrlə əlaqədar fikir mübadiləsi aparılıb.

“AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsal olunmuş 67 ədəd qızıl-gümüş tərkibli xəlitəni iyun ayında İsveçrə şirkətinə göndərərək saflaşdıracaq və daha sonra əldə olunacaq qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılacaq. Cəmiyyət ötən ay isə “Argor-Heraeus” vasitəsilə 66 ədəd qızıl-gümüş tərkibli xəlitəni affinaj olunaraq satılmasına nail olmuş və Azərbaycan iqtisadiyyatına 35 milyon manata yaxın vəsait qazandırmışdı. Ümumilikdə ilin sonunadək “AzerGold” QSC 2017-ci qızıl və gümüş satışından 145 milyon manata yaxın gəlir əldə etməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu