Mübariz Ağayevin qardaşı oğlu sakinləri təhlükə ilə üz-üzə qoyub- VIDEO

Xəbərin çap versiyası
Tarix: 12-06-2017, 14:38    |    Xəbər oxunub: 956 dəfə
Mübariz Ağayevin qardaşı oğlu sakinləri təhlükə ilə üz-üzə qoyub-


Göyçay rayon Potu və Cəyirli kənd sakinləri AFN-in redaksiyasına şikayət məktubu ünvanlayıblar. Onlar rayonun sabiq icra başçısı Mübariz Ağayevin qardaşı oğlu Nicat Ağayevdən və ”Azəravtoyol” ASC-nin 17 №-li Yol İstismar MMC-nin hazırkı müdiri Rəşad Kərimovdan şikayətçidirlər. Bildirirlər ki, N.Ağayevin kommersiya maraqları sakinlərə problem yaradır. Məktubu kiçik redaktələrlə təqdim edirik:

"Göyçay rayonunun sabiq icra başçıs Mübariz Ağayevin qardaşı oğlu Nicat Ağayevun kommersiya maraqlarına görə biz sakinlər təhlükə ilə üz-üzə qalmışıq. Nicat Ağayevin atası Maarif Ağayev “Azəravtoyol” ASC-nin 17 №-li Yol İstismar MMC-nin müdiri vəzifəsində işləyib və təxminən 1 il əvvəl dünyasını dəyişib. Nicat Ağayev atası bu vəzifədə işləyən vaxtda bahalı, ağır texnika maşınları alaraq Göyçay çayından daş materiallarını qazıb satmağa başlayıb. Əmisinin və atasının himayəsi ilə Nicat Ağayevin heç bir qanunu icazə almadan apardığı bu işlər Göyçay rayonunun Potu və Cəyirli kənd sakinlərinə ciddi təhlükələr yaradıb.

Göyçay rayonu Potu kəndində yerləşən 3,45 hektar torpaq sahəsində min-bir əziyyətlə bağ salmışıq ki, hər il buradan tonlarla meyvə məhsulu götürüb əldə edilən gəlirlə ailəmizi dolandırırıq, dövlətə xeyir veririk. N.Ağayev bağımızın yaxınlığından keçən Göyçay çayında qanunsuz qazıntı işləri aparmaqla çayın məcrasını dəyişdirib yolumuzu dağıdıb, suvarma sistemini məhv edib və çox ciddi qəza vəziyyəti yaradıb. ”Azəravtoyol” ASC-nin 17 №-li Yol İstismar MMC-nin hazırkı müdiri Rəşad Kərimov da bu işdə N.Ağayevlə əlbirdir. Onlar birlikdə ağır texnikalardan istifadə edərək Göyçay çayında uzun müdətdir ki, qazıntı işləri apararaq çay materiallarının satışı ilə məşğul olurlar. Başdan sovdu qanunsuz aparılan qazıntı işlərinin nəticəsində Göyçay çayının bu hissəsində məcrası dəyişib, sakinlərin bağına gedən yol uçub, bağımızın da məhv olması təhlükəsi ilə üz-üzə qalmışıq. Vətəndaşlara məxsus bağ sahələri hər an məhv ola bilər. Bu barədə heç bir tədbir görən yoxdur. Biz min bir əziyyətlə bağ salıb məhsul götürüb dövlətə və ailəmizə xeyir veririk. Bu cinayətkar vəzifəli şəbəkə isə öz maraqlarına görə dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar vurular.

Biz bu qanunsuzluq barədə prezident İlham Əliyevə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova və digər orqanlara şikayət ərizələri ilə müraciət etmişik. Şikayət ərizəmizdə göstərdiyimiz faktlar yerində araşdırılmalıdır ki, “Azəravtoyol” ASC-nin 17 №-li Yol İstismar MMC-nin müdiri Rəşad Kərimov və Nicat Ağayev hansı qanuna əsasən Göyçay çayını plandan kənarda qazıb materiallarını satırlar. Onların bu işi görmələrinə kim icazə verib və nə üçün onların bu işlərinə dövlət tərəfindən nəzarət edilmir? Əldə olunan küllü miqdarda gəlirə görə hara vergi ödəmələri, işlədilən işçilərlə əmək müqavilələrinin bağlanılması və bu işləri hansı planla, razılıqla edilməsi faktları yerində obyektiv araşdırılmalıdır. Onların yaratdığı ciddi təhlükə araşdırılmalı və barələrində təcili, ciddi tədbirlər görülməlidir. Əks təqdirdə, tezliklə dövlətə və vətəndaşlara daha çox ciddi ziyanlar dəyəcək, çay daşıb evləri uçurdacaq hətta insan təlafatı da olacaq.

1.Ələsgərov Elnur Elman oğlu Göyçay rayonu Potu kəndi

2.Ağayev Elvin Əjdər oğlu Göyçay rayonu Potu kəndi

3.Feyzullayev Rahim Zülfü oğlu

4.Əliyev Arif Paşa oğlu.



Mübariz Ağayevin qardaşı oğlu sakinləri təhlükə ilə üz-üzə qoyub-

Mübariz Ağayevin qardaşı oğlu sakinləri təhlükə ilə üz-üzə qoyub-




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur