Hava şəraiti qeyri-sabit keçəcək- XƏBƏRDARLIQ

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 13:01    |    Xəbər oxunub: 549 dəfə
Hava şəraiti qeyri-sabit keçəcək-




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:



Bakıda və Abşeron yarımadasında

İyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 20-də səhər bəzi dağlıq rayonlarda, axşam isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

İyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

İraqda 38 İŞİD-çi edam olunub

İraqda 38 İŞİD-çi edam olunub

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Türkiyə XİN:

Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir

Ərdoğanın baş müşaviri istefa verib

Ərdoğanın baş müşaviri istefa verib

"Dəmirbank" "əriyir": Əmanət və kreditlərə "stop"

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur