Toponomiya Komissiyasının tərkibi dəyişdi


Bu gün Milli Məclisin plenar iclasında Toponomiya Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə edilib.

AFN.az xəbər verir ki, Komissiyanın üzvləri Budaq Budaqov və Həsən Mirzəyevin vəfatları ilə əlaqədar hər iki şəxsin adı Toponomiya Komissiyasının tərkibindən çıxarılıb. O cümlədən Əhəd Abıyev, Əli Qasımov, Fəridə Məmmədova Toponomiya Komissiyasının üzvülüyündən azad ediliblər. Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavini Fəttah Heydərov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Toponomiya Komissiyasının üzvü təyin edilib.

NİCAT



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu