Azərbaycanın ABŞ-dakı səfirindən riskli addım




Azərbaycanın ABŞ-da Fövqəladə və Səlahiyyətli Səfiri Elin Süleymanov həmin ölkədə populyar radio aparıcısı olan Con Batçeloru qəbul edib və aparıcının müəllifi olduğu “The John Batchelor Show” proqramına müsahibə verib.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, səfirin bu addımı Amerika ictimaiyyəti üçün əsl sürprizə çevrilib. Belə ki, satirik proqramın aparıcısını qəbul edib onun kəskin suallarına cavab verməyə az sayda rəsmi şəxs cürət edə bilir. Lakin ekspertlərin fikrincə, böyük riskə getmiş Elin Süleymanovun bu addımı özünü büsbütün doğruldub.

Verilişdə Azərbaycan elçisi ölkəmiz, onun coğrafi mövqeyi, problemli ölkələr kimi tanınan qonşuları ilə münasibətləri, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən transmilli layihələr barədə ətraflı məlumat verib.

“Hər bir zarafatda həqiqət payı var, - Elin Süleymanov deyib. – Söhbət əsnasında mən bildirdim ki, əslində biz problemli qonşuluqdayıq. Lakin bütün qonşularımızla ən yaxşı münasibətləri yaratmağa çalışırıq. Ümid edirik ki, nə vaxtsa qonşumuz olan Ermənistanla da sülh danışıqlarına başlayacağıq”.

Öz növbəsində, proqramın aparıcısı unikal coğrafi mövqeyə və apardığı neytral siyasətə görə Azərbaycanın Yaxın Şərqdə yaşanan problemlərin çözülməsində açar rolunu oynaya biləcəyinə diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu