Xəzərdə axın Azərbaycan sularına gətirib çıxardı, 3 gündən sonra xilas edildi




Qazaxıstanın Manqistau vilayətinin sakini, 24 yaşlı Ablay Suleymenov üç gün açıq dənizdə ac-susuz qaldıqdan sonra Xəzərin Azərbaycan akvatoryasında xilas edilib.

Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Ablay Suleymenov Akşurkura rayonu ərazisində dostu ilə Xəzərdə çimməyə qərar verib. O, özü ilə xilasedici kəmər, üstəlik hava ilə dolu avtomobil təkəri kameri götürüb. Lakin bir müddət sonra Ablayı axın aparıb və o, sahilə qayıda bilməyib. Üç gün-üç gecə açıq dənizdə qalıb, gecələr soyuqdan əziyyət çəkib, susuzluqdan dəniz suyu içib.

“Dediyinə görə dənizdə necə yuxuya getməsindən xəbəri olmayıb. Gözünü açanda onu azərbaycanlı xilasedicinin oyatdığını görüb. Heç demə axın onu Azərbaycan tərəfə aparıb. Xilasedicilər ona quru paltar veriblər, qızdırıblar və qazax həmkarlarına təhvil veriblər”-gəncin yerləşdirildiyi Manqistau xəstəxanasının həkimi Nadirkoja Musayev danışır.

Ablayın vəziyyətinin kafi olduğu bildirilir, o reanimasiyadan adi palataya köçürülüb. Gəncin iyunun 19-da dənizə girdiyi və itkin düşdüyü, 22-də tapıldığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu