“Azərişıq” Bakıda elektrik enerjisinin kəsilməsi haqda





Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisi təchizatı kəsilib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev virtualaz.org-a bildirib ki, təchizatın kəsilməsi qurumun qış rejimindən yay rejiminə keçməsi ilə bağlıdır: “Bundan başqa, bəzi kabellərdə zədələnmə olmuşdu. Laboratoriyanın onların yerini müəyyən etməsi də müəyyən qədər vaxt apardı, buna görə də, elektrik enerjisinin verilişində fasilə yarandı. Hazırda vəziyyət normallaşıb, paytaxt problemsiz olaraq elektrik enerjisi ilə təmin olunur”.

Qurum rəsmisi onu da bildirib ki, guya Bakının bir neçə rayonunun enerjisinin kəsilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu