Mobil telefonlar avtomobil qəzalarını artırır


Azərbaycanda avtomobil qəzalarının bir hissəsi sürücülərin sükan arxasında telefonla daşınması və mesaj yazması üzündən baş verir. Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, bu halda ani diqqətsizlik avtomobil qəzasına səbəb olur.

Hər 10 qəzadan 1-i mobil telefona görə baş verir

“Ötən il baş verən avtomobil qəzalarının 10%-i sükan arxasında telefonla danışma və mesaj yazma ilə bağlı olub”. Bunu fins.az-a açıqlamasında “Rəvan sığorta” şirkətindən bildiriblər. Verilən məlumata görə, ötən il 1200-ə yaxın avtomobil qəzası baş verib. Bunlardan 120-ə yaxını telefonla danışma, sms yazma və digər hallarla bağlıdır. Təqdim olunan rəsmi sənədlərdə qeyd olunmasa da, sığorta şirkəti sürücülərin şifahi olaraq bildirdiklərinə əsasən belə qənaətə gəlib.

Şirkətdən bildirilir ki, sürücülər telefondan istifadə edəndə adətən ara məsafəsi saxlamamaq, manevr qaydalarının pozulması, idarəetmənin itirilməsi kimi hallara yol verirlər, bu da son nəticədə qəzaya səbəb olur.

Ən böyük «telefon qəzası» - 19 min manat

Ötən il ən böyük «telefon qəzası» Bakıda baş verib. İyunun 5-də “Ford Kuga”nın sürücüsü sükan arxasında sms yazdığına görə, Nəsimi bazarının yaxınlığında yolu qırmızı işıqda keçib və “KİA RİO” avtomobilinin yoluna çıxaraq onu vurub. Daha sonra hər iki maşın dayanacaqdakı “Hyundai Sonata” və “Toyota Camry” avtomobilinə çırpılıb. Qəza nəticəsində sığortalı “Ford Kuga”nın qabaq hissəsi əzilib. Sığorta şirkəti dəymiş ziyanla bağlı avtomobilin sahibinə 14 min manat kompensasiya verib. 5 min manat isə avtomobilin mülki məsuliyyət sığortasına görə ödənilib.

“Telefon qəzaları üzrə 5 min manat ödəniş etmişik”

“Xalq sığorta” şirkətindən isə fins.az-a verilən məlumata görə, sükanarxasında telefonla daşınmaq ötən il sığorta hadisəsi olan 10 avtomobil qəzasına səbəb olub. Şirkətdən bildirilib ki, belə hallarda avtomobilə dəyən zərər o qədər də böyük olmur. Qəzalarda adətən dəymiş ziyan 500-800 manat arasında olur. Ümumi dəyən zərər isə 5 min manata yaxındır.

“Telefonla danışmaq ödənişə mane olmur”

Adətən sürücülər yazdıqları izahatda qəzaya telefonun səbəb olduğunu göstərmirlər – çəkinirlər ki, sığorta şirkəti bu səbəbə görə, ödəniş etməz. Amma şifahi söhbətdə bunu etiraf edirlər. Hərçənd “Alfa sığorta” şirkətindən bildirirlər ki, sürücünün telefonla danışması sığorta ödənişindən imtinaya səbəb olmur – avtomobil sahibi ödənişini istənilən halda alır: «Qəzanın telefonla danışma halına və ya sms yazmağa görə baş verməsi sığorta ödənişindən imtinaya səbəb ola bilməz”. Şirkətdən verilən məlumata görə, ötən il bu halla bağlı 1-2 qəza baş verib.

Belə müştərilərdən uzaq dururlar

Amma sığorta şirkətləri ödənişdən imtina etməsələr də, bundan nəticə çıxarırlar. Şirkətlər tədricən belə müştərilərdən imtina edirlər: «Ancaq telefonla danışdığına görə bir neçə dəfə qəza törədən sürücülərin avtomobillərini sığorta etməkdən imtina edirik». “Rəvan sığorta” da bildirib ki, 1-2 dəfə belə halla qarşılaşandan sonra həmin avtomobilləri artıq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu