General Vüsal Novruzovun adı növbəti qalmaqalda: Prezidentə müraciət

Xəbərin çap versiyası
Tarix: 20-07-2017, 19:56    |    Xəbər oxunub: 3 283 dəfə
General Vüsal Novruzovun adı növbəti qalmaqalda:


Bu gün mətbuatda iş adamı Tural Bayraməliyevin ölkə prezidenti İlham Əlyevə müraciəti dərc olunub.

Müraciətdə Dövlət Gömrük Komitəsinin əməkdaşı Şadiyə Salehlinin və Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzovun adı keçdiyindən diqqətimizi cəlb etdi.

Müraciət müəllifi bir müddətdir qarşı tərəfin təhdidləri ilə üzləşdiyini və bundan ailəsinin belə əziyyət çəkdiyini bəyan edib. O, çıxış yolunu ölkə başçısı İlham Əliyevə, eyni zamanda ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya ərizə ilə müraciət etməkdə görüb.

Müraciətdə kifayyət qədər ciddi nüansların olduğunu nzərə alıb onu kiçik ixtisarla təqdim edirik:

“Diqqətinizə çatdırım ki, biznes ortağım, Dövlət Gömrük Komitəsinin əməkdaşı Şadiyə Salehlini şərəf və ləyaqətimə xələl gətirən ifadələr işlədərək, bunu ictimailləşdirdiyi üçün məhkəməyə vermişəm. O, bir müddət əvvəl mənim şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dolları pulunu aldığım barədə mətbuata əsası olmayan məlumat verib.

Qeyd edim ki, həmin xanımla uzun illərdir işbirliyimiz var. Onu “Daş-Çınqıl Servis” MMC adlı tikinti şirkətimdə 15 faiz rəsmi ortaqlıq müqaviləsi ilə işə dəvət etmişəm və yüksək qazanc əldə edib. Böhran zamanı şirkəti satdım. Bir müddət sonra o, yenidən mənə şərikli çalışmaq məqsədi ilə müraciət edib ki, “birlikdə nə iş görə bilərik pul qazanaq?”. Türkiyədə, İstanbulun mərkəzində açmağa hazırlaşdığım restoranla bağlı ona iş təklifi etdim. Mən restoranı onun qatqısı olmadan da açacaqdım. Sadəcə, təklifini qırmayıb, ortaqlığa razı oldum.

Qeyd edim ki, restoranın tikinti işləri başa çatmaq üzrədir. Heç bir problrem yaranmayıb və sənədlər qaydasındadır. Açılışına sayılı günlər qalıb. Lakin o, heç bir əsası olmayan iddia irəli sürüb. Nüfuzuma xələl gətirməyə çalışıb. Onun barəmdə söylədiyi fikirlərin sübutu yoxdur. Şərikli işlədiyimiz zamanda mənim ona borcum qalmayıb. Bunu sübut edən məndə səs yazısı var. Hətta Ş.Salehliyə bu günə qədər külli miqdarda faizə pul ödəmişəm. Qarşı tərəf isə məni Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla hədələyib. Həmin qadın mənə dedi ki, “idarənin rəisi Vüsal Novruzova demişəm, gör sənə neyləyəcək”. Qeyd edim ki, Şadiyə Salehlinin həyat yoldaşı ilə Vüsal Novruzovun şərikli biznesi var. Daha sonra Bakı şəhər prokurorunun köməkçisi Tural Aslanov mənə zəng vurub, bu sözləri deyir, “bu işə görə tapşırıq var, gəlməlisən bura, məsələni həll etməliyik”. Hədə-qorxu gəlir. Mənim Şadiyə adlı xanıma bir qəpik borcum olmadığı halda, istintaqa cəlb olunuram. Həmin qadının dələduzluq iddiası tək mənə qarşı olmayıb. Bir müddət əvvəl Tehranə adlı bir qadınla şərikli biznes qurub. İş istədikləri kimi yürümədiyindən ortaqlığı pozan Şadiyə ona, “sənə faizə pul vermişəm” deyib və bunun 3 mislini tələb edərək, evini əlindən aldırıb. Eyni hadisəni mənim də başıma açmaq istəyir.

Onu da diqqətinizə çatdırım ki, 2011-ci ilin mayında Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzov arxamca 5 nəfər saldırıb. Onlar “Ramstore” deyilən ərazidə mənə yaxınlaşıblar. Özlərini polis kimi təqdim ediblər. Avtomobilə oturandan sonra məni polis bölməsinə deyil, gömrüyün idarəsinə gətiriblər. Yolda dedilər ki, “idarədə hər şeyi başa düşərsən”. V.Novruzov məni qəbul edərək, biznes fəaliyyətimə qadağa qoyub: “Bu fəaliyyətlə məşğul olmayassan, gömrüklə çalışmayassan”. Məcbur razılaşaraq, Türkiyə ilə bağlı olan biznesimə son qoydum. 2013-cü ildə məni yenidən gömrük idarəsinə dəvət ediblər, “sənin idarəyə borcun var” deyiblər. Rüsumu ödədiyimi bildirərək, bunu yazılı sübutla onlara təqdim etmişəm. Bundan sonra fikirlərini geri götürüblər. İndi Şadiyə ilə əlbir olaraq, mənə təzyiq göstərir. Müxtəlif nömrələrdən mənə zənglər gəlir. Tənqid edirlər, hədələyirlər. Hazırda qeyri-qanuni olaraq, şəhər prokurorluğundan müstəntiq Fuad İsmayılov valideynlərimə zəng vuraraq, onları prokraturaya ifadə verməyə çağırırlar. “Gəlməsəz, məcbur gətirəcəyik” deyə təhdidə yol verirlər. Bunu ancaq məhkəmə qərarı ilə edə bilərlər. Bu kimi məmurlar məni ölkədən uzaqlaşmağa məcbur etdilər. Eyni zamanda ailə üzvlərimin ölkəyə giriş və çıxışına qadağa qoyulur, məcbur edirlər ki, bu qədər faiz pul ödəməlisən. Bu özbaşınalıqdır.

Dəfələrlə şeir və bəstələrimdə Ulu Öndərimiz Heydər Əliyevə, İlham Əliyevə olan sevgi və ehtiramımı bildirmişəm. Qeyd edim ki, “Ülu Öndər”, “Ölməz prezident”, “Xalqımızın qəlbindəsən”, “Bu millətin böyük sərkərdəsisən”, “Azərbaycan bayrağı”, “Müstəqil Azərbaycan”, eyni zamanda Ulu Öndərin xatirəsinə itaf etdiyim “Nəğmələr” adlı kitabın müəllifiyəm. Dövlətimə can-başla qulluq etməyə hər zaman hazıram və sizin siyasətinizi hər zaman dəstəkləmişəm və ömrüm boyu dəstəkləyəcəm.. Amma dövlət kürsüsündə oturan məmurların günahsız insana qarşı bu cür davranışı məni danışmağa vadar edib. Ümid edirəm ki, haqq yerini tutacaq və günahkar insanlar cəzasız qalmayacaq. Eyni zamanda Sizin özbaşınalıqla məşğul olanların cəzalandırılması ilə bağlı açıqlamanız görünür ki, Vüsal Novruzova dərs olmayıb".

Yazıda adları keçən vəzifəli şəxslərin də mövqeyini dərc etməyə hazırıq.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur