Lapşin İsrail diplomatları ilə görüşdü




İsrailin Bakıdakı səfirliyi Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilən bloqer Aleksandr Lapşinin İsrailə ekstradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət etməsi barədə xəbərlərə münasibət bildirib.

Səfirlikdən bildiriblər ki, hər bir İsrail vətəndaşının bu cür müraciətə haqqı var: “Lakin biz Aleksandr Lapşının İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşünün məzmununu açıqlaya bilmərik. Bu Lapşının şəxsi məsələsidir və biz bu barədə məlumat verə bilmərik”.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu