UEFA-nın vitse-prezidenti həbs edildi




Anhel Mariya Vilyar korrupsiya ilə bağlı ittihamlar və həbs olunmasından sonra Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA)-nin vitse-prezidenti postundan istefa verib.

Bu barədə AzVision.az “TASS”a- istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 18-i UEFA vitse-prezidenti Anhel Mariya Vilyar oğlu ilə birgə həbs edilib.
Məlumata əsasən Vilyar korrupsiya ilə mübarizə əməliyyatı çərçivəsində İspaniya Ali Məhkəməsinin qərarı əsasında həbs olunub.

Həbs edilənlər arasında İspaniya Futbol Federasiyasının vitse-prezidenti, Tenerife federasiyasının başçısı Xuan Pardon və vilayət federasiyasının katibi Ramon Ernandes Bassunun adı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu