Şəhidin medalı ailəsinə təqdim olunub




Bu ilin iyun ayında Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qusar rayonunda keçirilən mərasimdə medal şəhidin atası Niyaz Şahvələdova təqdim edilib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Sultan kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir.

Sonda şəhidin ruhuna ehsan verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu