Azərbaycan “Evrascon”unun işçiləri Moldovada aksiya keçirdilər




Azərbaycanın “Evrascon” şirkətinin işçiləri Kişinyov-Straşenı şosesinin təmirini əmək haqqının uzun müddət verilməməsi səbəbindən dayandırıblar.

Virtualaz.org Moldova KİV-inə istinadən bildirir ki, Kişinyov ətrafında onlarla yol işçisi tətil edib. Ümidsizliyə qapılan insanlar qazandıqları halal pullarını almaq ümidi ilə etiraz aksiyasına çıxıblar.

Kişinyov- Straşenı şosesi cəbhə xəttini xatırladıb. Avtomobillərin hərəkəti yalnız yolun bir hissənin yarısında - torpaq və çınqıl parçalarının hər an təhlükə törədə biləcəyi yerdə mümkün olub. Amma yolun təmiri uzun müddət ləngiyə bilər. Sonuncu dəfə yol işçiləri bu yerdə asfaltı üç gün əvvəl hamarlayıblar.

İşçilər iddia edirlər ki, onlar maydan bəri pul görməyiblər. Şirkət rəhbərliyi məhz o vaxtdan onlara, necə deyərlər, vədlər yedizdirir.

Bu gün işçilər xahiş məktubu imzalayıblar. Məktubda onlar şirkət rəhbərliyinə maaşları ödəmək üçün uzağı 10 gün vaxt veriblər. Əks təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Evrascon-un nümayəndəsi Nazim Hacıyev iddia edir ki, bütün problemlər müvəqqəti xarakter daşıyır. O, maaşların ödənməməsini "normal işçi proses" adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu