Yardımlı sakini Salyanın icra başçısını məhkəməyə verdi

Xəbərin çap versiyası
Tarix: 28-07-2017, 10:07    |    Xəbər oxunub: 840 dəfə
Yardımlı sakini Salyanın icra başçısını məhkəməyə verdi


Yardımlı rayonu Koryədi kənd sakini Nüsrətov Etiqad İltifat oğlu Yardımlının keçmiş, Salyanın indiki icra başçısı Sevindik Hətəmovu məhkəməyə verib.

Bu barədə E.Nüsrətova yaxın şəxslər məlumat veriblər. Bildirilir ki, iddiaçı artıq Yardımlı Rayon Məhkəməsinə müraciət də edib.

E.Nüsrətov ərizəsində bildirib ki, Sevindik Hətəmov Yardımlının icra başçısı olanda İkinci Dünya müharibəsində həlak olan atası İltifat Sadıqova qoyduğu xatirə lövhəsini sökdürülüb, amma ona söz verdiyi vaxtda və yerdə yenidən inşa etdirməyib. Bu da Nüsrətovun onu məhkəməyə verməsinə səbəb olub.

Bununla bağlı öncə bütün rəsmi instansiyalara müraciət etdiyini, lakin tədbir görülmədiyini deyən Yardımlı sakini məhkəmədən başqa çıxış yolu qalmadığını bildirib. O deyib ki, Sevindik Hətəmov qanunları pozaraq müharibədə qəhrəmanlıq göstərən bir şəxsə və yaxınlarına qarşı sayğısızlıq edib.

Yardımlı sakini icra başçısından maddi ziyana görə 15 000, mənəvi ziyana görə 25 000 manat pl tələb edir.

Yzıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur