"Mazda"nın sükanı arxasında olduğu deyilən "Maqa" da Kəmaləddin Heydərovun qohumudur




Günlərdir ölkə gündəmini zəbt edən avtomobillərdən digərinin - qırmızı rəngli "Mazda"nın sürücüsü ilə bağlı AFN-ə maraqlı məlumat daxil olub.

Ölkə mediasında həmin avtomobilin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərova məxsus olduğu, lakin hadisə vaxtı sükan arxasında başqa adamın - Məhəmməd İsmayıov olması barədə məlumatlar elə həmin gün yayılmışdı. AFN xəbər verir ki, M.İsmayılov Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin eks rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Xüsusi dairələrdə "Maqa" ləqəbi ilə tanınan Məhəmməd İsmayılov həmin gün dənizdən qayıdakən N.Allahverdiyevlə ötüşürmüş. Ə.İsmayılovun digər oğlu Rauf İsmayılov da Nəsimi RPİ-nin 20-ci polis bölməsinin serjantıdır. Ata İsmayılov özü isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır. Yəni, məlum "Mazda"nın sükanı arxasında həmin gün S.Heydərovun baldızı oğlu olub. Bu isə avtomobilin S.Heydərova məxsus olması ilə bağlı yayılan ilkin məlumatların heç də yanlış olmadığını deməyə əsas verir. Üstəlik, həmin avtomobilin seriyası (FS-çox güman ki, açması Fəttah-Səməd deməkdir) çox şey deyir. "Maqa"nın xalasının həyat yoldaşına və onun atasına bu qədər güclü sevgisinin olması hər halda söhbət mövzusu ola bilməz.
P.S. Bəzi məlumatlara görə, "Maqa" fövqəlnazirə yaxınlığı ilə seçilən gənclərdəndir. Onun və atası Ə.İsmayılovun K.Heydərovun "sağ əli" kimi tanındığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu