Sabah hava necə olacaq?





Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə avqustun 09-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək, axşam şimal –qərb küləyi ilə əvəz olunacaq.



Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 37-42, Bakıda gecə 26-28, gündüz 39-41 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 29-30, Türkan, Hövsan, Sahil, Şıxda 30-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 09-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənək.

Havanın temperaturunun gecə 22-27, gündüz 38-43, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu