Məşhur “vor zakon” Yunus Bakinski saxlanıldı- VİDEO





Rusiyanın Ulyanovsk şəhərində məşhur azərbaycanlı kriminal avtoritet, “Yunus Bakinski” ləqəbli Yunus Nəzərov saxlanılıb. Virtualaz.org xəbər verir ki, 56 yaşlı “vor zakon”un saxlanılması üçün formal əsas kimi onun miqrasiya qanunvericiliyini pozması göstərilib.



“Yunus Bakinski”nin polisdə dindirilməsinin videosu internetdə yayılıb. O deyir ki, Azərbaycan vətəndaşıdır və Ulyanovska “dincəlmək üçün” 10-15 günlüyünə gəlmişdi. Kriminal avtoritet şəhərdə hansı ünvanda qaldığını “xatırlamır”, bildirir ki, qaldığı yeri tez-tez dəyişirdi. Habelə Nəzərov təsdiq edir ki, “vor” kriminal statusu daşıyır.

Yunus Nəzərov indiyədək 6 dəfə məhkum olunub. Ona “vor zakon” statusunu 1982-ci ildə “Yetim Hüseyn” ləqəbli kriminal avtoritetin tövsiyəsi ilə veriblər.

Hazırda onun Rusiyadan Azərbaycana deportasiya edilməsi məsələsinə baxılır. “Yunus Bakinski” 2015-ci ilin iyun ayında da Rusiyada saxlanılmışdı və “miqrasiya qanunvericiliyini pozduğu üçün” Azərbaycana deportasiya edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu