“Gördüm ki, Azərbaycanın müdafiə naziri gəlir, vertolyotlara “qalx” əmri verdim...”- VİDEO

Xəbərin çap versiyası
Tarix: 9-08-2017, 20:17    |    Xəbər oxunub: 1 663 dəfə
“Gördüm ki, Azərbaycanın müdafiə naziri gəlir, vertolyotlara “qalx” əmri verdim...”-


Rusiya ordusunun ehtiyatda olan polkovnik-leytenantı, hərbi təyyarəçi Anatoli Zolotuxin Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində yaşayır.



Yerli telekanallardan birinə müsahibəsində Zolotuxin 90-cı illərin əvvəllərində Azərbaycanda, Gəncədə hərbi hissə komandiri olarkən sovet ordusuna məxsus olan hərbi vertlotları və texnikanı özbaşına, heç bir əmr olmadan necə qaçırdığını danışıb. Hansı ki, bu texnika müstəqillik əldə etmiş Azərbaycanın mülkiyyəti olmalıydı.

Zolotuxin deyir ki, Azərbaycanda xidmət edərkən dörd dəfə özbaşına hərbi texnikanın qaçırılması barədə qərar verib. O, komandirlik etdiyi hərbi hissənin Azərbaycan hakimiyyəti, yerli administrasiya tərəfindən nəzarətə alınmasından hələ altı ay əvvəl yerüstü texnikanı sərəncamında olan An-26 hərbi-nəqliyyat təyyarələri ilə Tiflisə, oradan Rusiyaya daşıdığını deyir. Daha sonra Zolotuxin bir neçə Mi-9 vertolyotunu təmir adı altında Rusiyaya, Sankt-Peterburqa göndərib ki, həmin texnika Azərbaycan ordusuna qalmasın. Baxmayaraq ki, o vaxtkı Rusiya hərbi komandanlığından Zolotuxinə texnikanın çıxarılması barədə əmr verilməmişdi. Polkovnik deyir ki, o vaxtkı hakimiyyət onları taleyin ümidin buraxmışdı, ancaq belə vəziyyətdə də onlar Rusiyanın mənafeyini düşünürdülər.

Zolotuxin danışır ki, sonuncu dəfə o, Azərbaycan müdafiə nazirinin bir qrup silahlı hərbçinin müşayiəti ilə hərbi hissəsini nəzarətə götürmək üçün gəldiyini görəndə Mi-8 vertolyotlarından ibarət eskadrilyaya “qalx” əmrini verib.

“Hərbi hissəni ələ keçirməyə cəhd edəndə Azərbaycan müdafiə naziri gəldi, mən onu aerodromda gördüm, onun Yak-40 təyyarəsini tanıyırdım. Gördüm ki, müdafiə nazirinin təyyarəsi endi. Aydın idi ki, həmin gün onlar aerodromu tutmaq istəyəcəklər. “Qalx” əmri verdim və öz hərbi hissəmi-aerodromda qalan 6 “Mi-8” vertolyotunu havaya qaldırdım. Biz Gürcüstana uçduq, yəni oranı tərk etdik”-Zolotuxin danışır. (virtualaz.org)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu-

Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu- VİDEO

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Bakıda əməliyyat:

Bakıda əməliyyat: "Polkovnik" tutuldu

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb-

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb- FOTOLAR

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“AAAF Park”da 120 ailə soyuqdan donur

“AAAF Park”da 120 ailə soyuqdan donur

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Yanvarda maaş və pensiyalar artacaq-

Yanvarda maaş və pensiyalar artacaq- RƏSMİ

Deputat:

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur