“AtaTravel” aksiya keçirir




21 avqust tarixindən etibarən “AtaTravel” MMC-dən bilet və ya tur alan müştərilərə “Paris Gallery” mağazasından hədiyyə kuponu təqdim olunacaq. “AtaTravel” MMC müştərilərə yay mövsümündə ölkə daxilində və xaricində maraqlı turlar təklif edir.



“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev qeyd etdi ki, şirkət ənənəvi turlarla yanaşı yay məzuniyyətləri dövrünü nəzərə alaraq, Azərbaycanın regionları üzrə gəzməli yerlərə qısamüddətli turlar hazırlamışdır. Yeni maraqlı marşrutlar işlənib hazırlanmış, tur iştirakçıları yüksək servis xidməti və rahat şəraitlə təmin olunurlar.

“AtaTravel” MMC Azərbaycanda daxili turizmin inkişafı üçün var qüvvəsini qoyaraq bütün imkanlardan istifadə edir. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurun.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu