Dekabrda itkin düşən sonuncu neftçinin də meyiti tapıldı





“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.



Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində avqustun 18 – i saat 18:10 – da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilən aşkar edilən kişi meyitinin, «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979 – cu il təvəllüdlü Əsədov Samir Atabala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil verildi.

Qeyd edək ki meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu idi.

Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi Axtarış – Xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verildi və axtarış – xilasetmə əməliyyatlarına yekun vuruldu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu