Nardaran hadisələrinə görə həbs edilmiş bir qurup şəxs azadlığa buraxılıb




Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb.



APA-nın məlumatına görə, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu