Sumqayıtda şəhid ailələrinə torpaq sahəsi əvəzinə bataqlıq verilib- narazılıq

Xəbərin çap versiyası
Tarix: 12-09-2017, 17:08    |    Xəbər oxunub: 558 dəfə
Sumqayıtda şəhid ailələrinə torpaq sahəsi əvəzinə bataqlıq verilib-


Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsi onlara verilən torpaq sahələri ilə bağlı narazıdır.

AFN mia.az-a istinadla xəbər verir ki, bu barədə şəhər sakini, şəhid ailəsi üzvü Zaur Məmmədov şikayətini bildirib. Onun sözlərinə görə, bir neçə il öncə şəhid ailələrinin Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətinə əsasən, onlara Sumqayıt şəhər Bələdiyəsi tərəfindən Yaşıldərə yaşayış massivinin 5 və 6-cı məhəllələrindən torpaq sahəsi verilib. Buna baxmayaraq, şəhid ailələrinin böyük bir qismi ərazinin bataqlıq və qamışlıqla dolu olduğuna görə orada nəinki ev tikə, heç yaxınlaşa da bilmirlər. Şikayətçinin sözlərinə görə, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan torpaq sahəsindən istifadənin mümkün olmaması narazılıq yaradıb: "Bəlkə də 10 il öncə şəhid ailələrinə həmin torpaq sahəsi bir o qədər də vacib deyildi, ancaq artıq şəhid övladları böyüyüblər, ailə qurublar, onların mənzilə ehtiyacı yaranıb. Bizim istəyimiz odur ki, şəhər icra hakimiyyəti, bələdiyyə həmin əraziyə əl gəzdirsin, normal vəziyyətə gətirsin. Bununla şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğı siyasətini davam etdirmiş olarlar”.

Sözügedən məsələylə bağlı Xeberle.com olaraq Sumqayıt şəhər Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən verilən məlumata görə, bəzi ərazilərdə həmin bataqlıqlar qurudulub: "Bu iş davam edəcək. Bütün bu cür bataqlıq olan ərazilər qurudularaq tam olaraq istifadəyə yararlı vəziyyətə gətiriləcək. Bununla bağlı layihələndirmə işi aparılır”. Ümid edirik ki, şəhid ailələrinin bu problemi yaxın zamanda öz həllini tapacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur