Bu şirkətlər Azərbaycanı tərk edir




Türkiyənin "Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib. Nümayəndəlik cari ilin sentyabr ayının 15-dən ləğv olunacaq. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.



“Burintek” elm-istehsalat müəssisəsi MMC-nin (Rusiya) Azərbaycandakı ”Burintex Azərbaycan” nümayəndəliyi ləğv olunduğu elan edib. kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 25A ünvanına bildirə bilərlər.

Bundan əlavə, Birləşmiş Ərəb Əmirliyinin hüquqi şəxsi olan “Globalink Logistics Group Ltd.” şirkətinin Azərbaycan nümayəndəliyi də ləğv olunduğu elan edib. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 34 ("AF Mall Business Center") ünvanına bildirməlidir.

Bu barədə Vergilər Nazirliyinin rəsmi çap orqanı olan “Vergilər” qəzetinin xüsusi buraxılışında yerləşdirilmiş elanda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu