İSTAD Qənirə Paşayevanı mükafatlandırdı

Xəbərin çap versiyası
Tarix: 13-09-2017, 16:25    |    Xəbər oxunub: 588 dəfə
İSTAD Qənirə Paşayevanı mükafatlandırdı


Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva qardaş Türkiyənin İSTAD təşkilatı tərəfindən Türkiyə-Azərbaycan qardaşlığı və Türk Dünyasının birliyi üçün vermiş olduğu xidmətlərindən dolayı mükafatlandırılıb. Mükafatı millət vəkili Q.Paşayevaya İSTAD-ın sədri Səfər Karakoyunlu təqdim edib.

Bu diqqətə görə təşəkkürünü ifadə edən millət vəkili Q.Paşayeva bundan sonra da fəaliyyətində Türkiyə-Azərbaycan qardaşlığı və Türk Dünyasının birliyi üçün səylərini davam etdirəcəyini bildirib. Qardaş Türkiyədən gəlmiş və Azərbaycanın Türkiyədə daha geniş tanıdılmasında, Qarabağ həqiqətlərinin yayılmasında fəal olan İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva ilə görüşüblər. İSTAD sədri Səfər Karakoyunlu və nümayəndə heyəti üzvləri "özümüzü burada öz Vətənimizdəki kimi hiss edirik, biz bir millətin iki dövlətiyik", - deyə münasibətini bildirib. Türkiyə nümayəndə heyətinə ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verən Qənirə Paşayeva Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparıb. Millət vəkili İSTAD təşkilatının üzvləri ilə görüşdə topluma örnək olaraq bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq". Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə qeyri-hökumət təşkilatlarının üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik nümayəndə heyətinin üzvləri Azərbaycanı görməkdən, keçirilən görüş və tədbirlərdən çox məmnun olduqlarını və böyük təəssüratla dönəcəklərini və Türkiyədə Azərbaycanla bağlı, Qarabağ həqiqətlərinin daha geniş yayılması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəklərini deyiblər. Müxtəlif layihələr və təkliflər əsasında geniş müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva görüş iştirakçılarına Azərbaycan, onun tarixi, mədəniyyəti ilə bağlı materialları hədiyyə edib.

İSTAD Qənirə Paşayevanı mükafatlandırdı




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur