ADU-da “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər ” mövzusunda seminar keçirilib

Xəbərin çap versiyası
Tarix: 13-09-2017, 16:42    |    Xəbər oxunub: 522 dəfə
ADU-da “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər ” mövzusunda seminar keçirilib


Sentyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İtalyan dili mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər” mövzusunda seminar keçirilib.



Tədbiri açıq elan edən ADU-nun Xarici vətəndaşlarla iş və Protokol xidmətinin müdiri Anar Bağırov qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Daha sonra “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti universitetin italyan dili üzrə təhsil alan tələbələri, eyni zamanda müəllim heyətinə İtaliya və Azərbaycan arasında mövcud ictimai-siyasi və mədəni əlaqələr barədə ətraflı məlumat verib. O, Azərbaycan haqqında nəşr olunan ilk italyandilli kitabları təqdim edib və Azərbaycan dilindən birbaşa italyan dilinə tərcümə sənətinin inkişafının zəruriliyindən də söhbət açıb. Qonaq ADU-nun rektoru, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını italyan dilinə tərcümə etdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb, həmçinin bu romanın italyandilli auditoriya üçün Azərbaycan xalqının qədim və zəngin tarixi ilə bağlı dolğun fikir formalaşdırmaq baxımından dəyərli mənbə olduğunu da sözlərinə əlavə edib.

Öz növbəsində, italiyalı arxitektor Laura Peretti “Memarlıq dili” mövzusunda mühazirə ilə çıxış edib. O, memarlığın insan dili kimi öz qaydalarının olduğunu və xalqlar arasında ünsiyyət vasitəsi rolunu oynadığını deyib: “Biz hər bir memarlıq abidəsini xalqın multikulturalizm göstəricisi kimi qəbul edə bilərik. Memarlığın da öz lüğəti və özünü ifadə etmə növləri var. Dünyada mövcud olan müxtəlif dillər kimi memarlıqda da biz cürbəcür üslubları müşahidə edə bilərik”.

Sonda italiyalı qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıb.

ADU-da “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər ” mövzusunda seminar keçirilib

ADU-da “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər ” mövzusunda seminar keçirilib

ADU-da “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər ” mövzusunda seminar keçirilib

ADU-da “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər ” mövzusunda seminar keçirilib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanda bir gündə 84 cinayət törədilib

Azərbaycanda bir gündə 84 cinayət törədilib

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

İstanbulda İŞİD əməliyyatı:

İstanbulda İŞİD əməliyyatı: 30-dan çox əcnəbi tutulub

"Bank of Baku" müştərini belə soyur- FOTOFAKT

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Artur Rasizadəyə ağır itki

Artur Rasizadəyə ağır itki

Vəkil:

Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir göstərir”

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib-

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib- VİDEO+FOTOLAR

OPEC-in baş katibi Azərbaycanı təriflədi

OPEC-in baş katibi Azərbaycanı təriflədi

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur