Azərbaycanın alternativ enerji stansiyalarında istehsal azalıb




Bu ilin yanvar-avqust aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 28,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, bu, illik müqayisədə 34,2% azdır.



Son 1 ildə külək elektrik stansiyalarında istehsal isə 19,1% azalaraq 8,9 mln. kVt/saata enib.

Əvəzində istilik elektrik stansiyalarında istehsalın həcmi 2,4% artaraq 13 231,4 mln. kVt/saata yüksəlib, su elektrik stansiyalarında isə 7,1% artaraq 1 333,5 mln. kVt/saat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 15,243 mlrd. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur. Bunun da 14 602,7 mln. kVt/saatı əmtəəlik olub və bu, 1 il əvvələ nisbətən 1,3% çoxdur.

8 ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 138,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu sahədə əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1%-lik artım müşahidə olunub. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu