Zərdabın icra başçısı təqsirkar bələdiyyə sədrini müdafiə edir- ŞİKAYƏT




Zərdab rayonu Dəliquşçu kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvü İmmaverdiyev Natiq Yaqub oğlu AFN-in redaksiyasına şikayət məktubu ünvanlayıb.

N.İmamverdiyev məktubunda bildirir ki, Dəliquşçu kəndində onun ailəsinə məxsus əkin torpaq sahəsindəki məhsulu bələdiyyə sədri Yusif Əliyev və onun atası Əliyev Valeh Əli oğlu məhv edib: "Həmin torpaq sahəsi bizim ailəyə məxsu pay torpaq sahəsidir, orada becərdiyim məhsulla ailəmi birtəhər dolandırıdım. Ancaq bu il Dəliquşçu bələdiyyəsinin sədri Yusi Əliyev və atası Valeh Əliyev mənim əkinimi su altında qoyub məhsulumu məhv etdilər. Bələdiyə sədri mənim əkin sahəmin yaxınlığında 20 hektar torpaq sahəsini sulayan zaman mənim sahəmi su altında qoyub. Nəticədə də məhsulum məhv oldu, bizə külli miqdarda ziyan dəydi".
Şikayətçi onu da qeyd edir ki, bələdiyyə sədri Yusif Əliyevin diplomu saxtadır. O iddia edir ki, bu faktdır və bütün kənd camaatı bilir: "Yusif Əliyev Zərdab rayon poçt filialında işləyən zaman Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən çıxarılıb. Ağa adlı dayısı Rusiya vətəndaşı olsa da, saxtakarlıqla onun adına Dəliquşçu kəndində 20 hektar torpaq sahəsi sənədləşdirib. Dəliquşçu bələdiyyəsinin sədri Yusif Əliyev bələdiyyənin əkin sahələrindən əldə edilmiş gəliri öz ata malı kimi mənimsəyir. Kəndin imkansız ailələrinə yardım etdiyinə dair cədvəl tərtib edib saxta imzalar etmişdir ki, guya bələdiyyə əldə etdiyi gəlirdən imkansız ailələrə yardımlar etmişdir. Dəliquşçu bələdiyyəsinin fəaliyyəti yoxlanılarsa sədrin bələdiyyə vəsaitini talan etdiyi subut olunacaq".
N.İmamverdiyevin sözlərinə görə, əkin sahəsinin və məhsulunun məhv edilməsi ilə bağlı Zərdab rayon icra başçısna etdiyi şikayətə baxılmayıb, əksinə təqsirkar bələdiyyə sədri açıq-aşkar müdafiə edilib: "Çünki bələdiyyə sədri Yusif Əliyev talançılıqla əldə etdiyi vəsaitin böyük hissəsini icra başçısına verir. Buna görə də kasıb haqlının yox, talançı bələdiyyə sədrinin mövqeyini müdafiə edirlər".
YAP-ın üzvü olduğunu qeyd edən şikayətçi mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan məsələyə müdaxilə edərək haqqın bərpa olunmasını xahiş edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu