Nazir Ağcabədidə 5 rayonun sakinləri ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 12:36    |    Xəbər oxunub: 529 dəfə
Nazir Ağcabədidə 5 rayonun sakinləri ilə görüşüb


Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağcabədi rayonunda həmin rayonun və Bərdə, Tərtər, Ağdam, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.



Müraciətlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən olunması, pensiya və sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı olub. Bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

Vətəndaşlarla görüşündə S.Müslümov ölkəmizdə sosial rifah səviyyəsinin yaxşılaşdırılması yönündə aparılan siyasətdə məşğulluğun təminatı, insanlara əmək potensiallarını reallaşdırmaqla ailə gəlirlərini artırmaq imkanlarının yaradılması prinsipinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əhalinin məşğulluğunun artırılması sahəsində növbəti mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb: “Eyni zamanda, möhtərəm dövlət başçısının konkret tapşırıqları əsasında aqrar sektorun inkişafına yönələn kompleks tədbirlər kənd rayonlarında, o cümlədən Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarında ənənəvi kənd təsərrüfatı sahələrinin, xüsusən də bu rayonların iqtisadiyyatı üçün xarakterik olan pambıqçılığın, baramaçılığın, heyvandarlığın inkişafına səbəb olub. Qeyd olunan pozitiv proseslər, digər tərəfdən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yeni və çoxsaylı infrastruktur layihələrinin icrası, sosial obyektlərin inşası və s. tədbirlər bu bölgədə əmək resurslarının məşğulluq imkanlarını da əhəmiyyəti şəkildə artırıb”.

S.Müslümov aktiv məşğulluq tədbirlərinin də davam etdirildiyini, nazirliyin məşğulluq orqanları vasitəsilə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın rayonları üzrə bu ilin 8 ayında ümumilikdə 1500 nəfərin münasib iş yerləri ilə təmin olunduğunu, 60 nəfərin peşə hazırlığına cəlb edildiyini bildirib: “Bununla yanaşı, həmin rayonlar üzrə 100 nəfər işsiz və işaxtaran şəxs özünüməşğullluq proqramına cəlb olunub və artıq onların hər birinə fərdi təsərrüfatlarını, özlərinin və ailə üzvlərinin məşğulluqlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Növbəti ildən isə bütün respublikada, həmçinin bu rayonlarda proqrama cəlb olunanların sayı bundan dəfələrlə çox olacaq”. Nazir bu bölgədə də məşğulluq imkanlarının artmasının göstəricisi kimi, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın rayonları üzrə məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayının ötən ilin müvafiq dövrünə nisbətən cari ilin 8 ayında 43,3 faiz azaldığını diqqətə çatdırıb.

Müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin həlli ilə əlaqədar konkret tədbirlər görülüb. Habelə işlə təmin edilmək üçün müraciət edən şəxslərin, eləcə də onların ailə üzvlərinin məşğulluq məsələsi həllini tapıb. Onlara yaşadıqları ərazi üzrə vakant iş yerləri təklif edilib və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib. İmtiyazlı şəxslərin mənzillə təminatına dair müraciətləri

cavablandıran S.Müslümov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-2016-cı illərdə və bu ilin ötən dövründə 610 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirib: “Həmçinin Sərəncamın icrası çərçivəsində həmin dövrdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarında bu təbəqələrdən olan vətəndaşlar üçün 60-a yaxın fərdi yaşayış evinin tikintisi aparılıb, onlardan artıq 43 ədəd ev istifadəyə verilib. Qalan evlərin tikintisi işləri yaxın günlərdə tamamlanacaq və onlar da Qarabağ müharibəsi əlili və şəhid ailələrinə təqdim olunacaq”.

Ayrı-ayrı vətəndaşlar müraciətlərinə uyğun olaraq, nazirliyin reabilitasiya müəssisələrinə bərpa-müalicəsinə qəbul edilmələri, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları, aktiv əmək bazarı proqramlarına cəlb edilmələri üçün qeydiyyata alınıblar. 2 nəfər əlilliyi olan şəxsə isə ehtiyacı nəzərə alınmaqla əlil arabası verilib.

Vətəndaşlar respublikanın regionlarının sosial-iqtisadi inkişafı, bölgələrin əhalisinin məşğulluq imkanlarının artırılması, sosial cəhətdən həssas əhali qruplarının dövlətin qayğısı ilə əhatə olunması sahələrində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Ağcabədidə 5 rayonun sakinləri ilə görüşüb
Nazir Ağcabədidə 5 rayonun sakinləri ilə görüşüb
Nazir Ağcabədidə 5 rayonun sakinləri ilə görüşüb




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türk azarkeşlərdən “Qarabağ”a

Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

"Baku Electronics"dən müştəriyə onlayn satışda kələk

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

“Barselona” Arda Turanı satmaq istəyir

“Barselona” Arda Turanı satmaq istəyir

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Müdafiə nazirindən qoşunlara tapşırıq

Müdafiə nazirindən qoşunlara tapşırıq

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur