DTX: 900-ə yaxın Azərbaycan vətəndaşı İŞİD-ə qoşulub




Təxminən 900 Azərbaycan vətəndaşı Suriya və İraqda qanunsuz silahlı burləşmələr və terror təşkilatlarına qoşulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Təhlükəsizlik Xidmətindəki mənbə bildirib.

“Bizdə olan məlumatlara əsasən, Yaxın Şərqdə (Suriya və İraqda – “İF”) hərbi əmliyyatlar başlanandan təxminən 900 Azərbaycan vətəndaşı qanunsuz silahlı birləşmələrə və terror təşkilatlarına qoşulub. Həmçinin bizdə onların əksəriyyətinin əks-terror əməliyyatları zamanı öldürüldüyü barədə məlumat var”, - agentliyin müsahibi bildirib.

Öncə Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini general-mayor İlqar Musayev agentliyə bildirmişdi ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu