Qənirə Paşayeva "Türk dünyasının ağır problemləri və birliyin önəmi" adlı konfransda- VİDEO+FOTOLAR




Kırşehir bələdiyyəsinin dəvəti ilə bu vilayətdə “Türk dünyasının ağır problemləri və birliyin önəmi” adlı konfrans verən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva çıxışına Azərbaycanda və Türkiyədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi daha da gücləndirməliyik deyib.



Millət vəkili Türk dünyası gənclərinə çağırış edərək bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır deyib. O, gəcnləri Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışıb və tələbələrə səslənərək birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunun getdikcə daha da gərginləşən dünya və bölgəmizdə daha çox fərqində olmalısınız deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı daha yaxşı bilməlisiniz deyib. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından geniş danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Tədbirin sonunda Kırşehir rəsmiləri, bələdiyyə başqan yardımçısı Emre Şahinçi çıxış edərək millət vəkili Q.Paşayevaya konfrans üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənnclər üçün böyük önəmini xüsusi vurğulayıb. Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu imzalı hədiyyə edib.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu