Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi




Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

FHN-in mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu