“Buta Airways” Sankt-Peterburqa uçuşlara başlayacaq




Azərbaycanın ilk aşağı büdcəli “Buta Airways” aviaşirkəti oktyabrın sonlarından Rusiyanın Sankt-Peterburq şəhərinə müntəzəm uçuşlara başlayacaq.

Bu barədə Sankt-Peterburqun “Pulkovo” hava limanının mətbuat xidməti məlumat yayıb. Bakı-Sankt-Peterburq-Bakı reysləri həftədə beş dəfə həyata keçiriləcək.

“Pulkovo” hava limanı Rusiyanın 4-cü iri aeroportudur. “Pulkovo-1” terminalında aparılan yenidənqurma işlərindən sonra hava limanı ildə 18 milyon sərnişinə xidmət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu