SMPDK sədri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Assambleyasında iştirak edib

Xəbərin çap versiyası
Tarix: 6-10-2017, 15:07    |    Xəbər oxunub: 525 dəfə
SMPDK sədri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Assambleyasında iştirak edib


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Üzv Dövlətləri Assambleyasının 57-ci iclasında iştirak edib.



Komitə sədri Assambleyanın açılış sessiyasında çıxış edərək təşkilatla əməkdaşlığın, birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Ölkəmizdə əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində idarəetmənin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən komitə tərəfindən təsis edilmiş “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs haqqında məlumat verib.

Təşkilatın baş direktoru Frensis Qarri ilə görüşdə milli patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyətin müsbət nəticələri nəzərdən keçirilib, birgə layihələrin davam etdirilməsinə maraq ifadə olunub. F.Qarri Azərbaycan Respublikası Hökuməti ilə ÜƏMT arasında imzalanmış Anlaşma Memorandumunun 2014-2017-ci illəri əhatə edən fəaliyyət planının icrasının müvəffəqiyyətlə həyata keçirildiyini, gələcəkdə də təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyinin davam etdiriləcəyini bir daha vurğulayıb. R.Həsənov təşkilatın Bakıda xarici ofisinin təsis olunması və 2018-ci ildə yeni fəaliyyət planı layihəsinin imzalanmasında maraqlı olduğumuzu bildirib və baş direktoru Azərbaycana dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən F.Qarri 2018-ci ilin birinci yarısında ölkəmizə səfər edəcəyini qeyd edib.

Eyni zamanda nümayəndə heyətinin üzvləri ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirib, birgə gələcək fəaliyyət, maraq kəsb edən Sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğunu müzakirə ediblər. Bir neçə ölkənin patent qurumunun rəhbərləri ilə görüşən nümayəndə heyətinin üzvləri ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçirib, ÜƏMT-nin Bakıda xarici ofisinin təsis edilməsinə dəstək göstərilməsi üçün danışıqlar aparıblar.

Səfər çərçivəsində Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi ilə Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türk azarkeşlərdən “Qarabağ”a

Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

"Baku Electronics"dən müştəriyə onlayn satışda kələk

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

“Barselona” Arda Turanı satmaq istəyir

“Barselona” Arda Turanı satmaq istəyir

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Müdafiə nazirindən qoşunlara tapşırıq

Müdafiə nazirindən qoşunlara tapşırıq

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur