ADU-da “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib


ADU-da “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib


Oktyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib.



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamına əsasən baş tutan tədbirdə çıxış edən ADU-nun rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Cümhuriyyətin millətimizin qürur mənbəyi olduğunu bildirib. Ölkəmizin dünyada tanınmasında o dövrün yetirmələri olan milli ruhlu ziyalılar nəslinin böyük rolunun olduğunu söyləyən Ə.Əliyev onların gördükləri işlər haqqında geniş məlumat verib.

Kitabxana şöbəsinin bölmə müdiri Güllüzar Məmmədova bu tədbirin keçirilməsini mənəvi borc hesab etdiyini bildirib. Bu cür tədbirlərin ənənəvi olaraq keçirildiyini bildirən G.Məmmədova çalışdığı sahədən, ixtisasdan asılı olmayaraq hər kəsin Azərbaycan tarixini, keçmişini mükəmməl bilməli olduğunu söyləyib.

Qafqazşünaslıq kafedrasının müəllimi Namiq Kərimov “Azərbaycan Xalq Cümhuriyyətinin müasir Azərbaycan tarixində yeri və rolu” mövzusunda çıxış edib. O, AXC-nin tariximizdə əvəzolunmaz iz qoyduğunu söyləyərək Cümhuriyyətin yaranmasından öncəki tarixə nəzər salıb. Daha sonra AXC-nin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verən N.Kərimov o dövrdə bir sıra görkəmli şəxsiyyətlərin iştirakı ilə maarifçilik ideyalarının yayılması, Azərbaycanda baş vermiş ictimai-siyasi və mədəni dəyişikliklər, milli məfkurənin təşəkkülü və inkişafı haqqında danışıb.

Daha sonra Təhsil fakültəsinin tələbələri İlahə Balakişiyeva “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” və Elşən Qəhrəmanov “AXC dövründə təhsil və maarifçilik” mövzularında çıxışlar ediblər.

Dəyirmi masa tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

ADU-da “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu