“Atəşgah Sığorta Agentliyi”nin lisenziyası ləğv edildi


“Atəşgah Sığorta Agentliyi”nin lisenziyası ləğv edildi


Lisenziya sahiblərinin könüllü müraciətləri əsasında “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq sığorta agenti fəaliyyətinə “Nikoyl Lizinq Kompaniyası” MMC-yə verilmiş 01 iyun 2009-cu il tarixli, 000131 nömrəli, “Atəşgah Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 iyun 2009-cu il tarixli, 000135 nömrəli və “İnteqral” Qapalı Səhmdar Cəmiyyətinə 19 oktyabr 2012-ci il tarixdə verilmiş 000789 nömrəli lisenziyalar ləğv edilmişdir.



Bu barədə Palatadan bildirilib.

Bundan başqa, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq “Sizin sığorta brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Avand Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə müddətsiz lisenziyalar verilmişdir. (marja)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu