Hərbi ekspert: “Ordumuzun uğurları bəzi bədnamları ciddi narahat edir”

Xəbərin çap versiyası
Tarix: 6-10-2017, 19:25    |    Xəbər oxunub: 529 dəfə
Hərbi ekspert:


Son günlər xaricdə sığınacaq tapmış bəzi üzdəniraqlar sosial şəbəkələrdə ölkəmizin uğurlarına qısqanclıqla yanaşaraq ordumuz haqqında şayiələr yaymaqla məşğuldurlar.



Bu sözləri hərbi ekspert, istefada olan polkovnik Məhərrəm Cahangirov bildirib. O qeyd edib ki, ordumuzun uğurları bəzi bədnamları ciddi narahat edir:

"Xaricdə məskunlaşan bu adamlar ermənilərə satqınlıq edənlərin qohumları ilə əlaqə yaradır və topladıqları məlumatları sosial şəbəkələrdə paylaşmaqla öz aləmlərində ölkəmizdə baş verən proseslərə təsir etməyə cəhd göstərirlər. Bunu yerinə yetirənlər açıq şəkildə erməni lobbisinə xidmət edənlərdir.
Qısa müddət ərzində Azərbaycanda, o cümlədən Ali Baş Komandanın tapşırığına əsasən ordumuzda aparılan islahatlar və qazanılan uğurlar göz qabağındadır. Artıq hamı təsdiq edir ki, Ordumuz uğurla inkişaf edir, döyüş hazırlığı, nizam-intizamı daha da möhkəmlənir, yeni silah və texnika alınır, irimiqyaslı təlimlər keçirilir. Dünyanın bir çox nüfuzlu şəxsləri və təşkilatlar qazandığımız uğurları yüksək qiymətləndirirlər.
Belə olan halda bir ovuc qara niyyətli xəbislərin yalanları əslində heç nəyi dəyişmir. Uğurlarımızdan narahat olanlar isə əsasən düşmən dəyirmanına su tökənlər və erməni lobbisinin təsiri altına düşənlərdir.
Bütün bu uğursuz, qərəzli çıxışlara baxmayaraq xalqımız ordumuza güvənir və onun qələbələrinə sevinir. Öz tərəfimdən isə sosial şəbəkə istifadəçilərindən bu cür provokasiyalara uymamağı və ara söhbətlərinə fikir verməməyi tövsiyə edirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur